ALLAHIN 99 ADI VƏ MƏNALARI


ƏSMAÜL — HÜSNA

Bismilləhir Rahmənir Rahim

" Ən gözəl adlar Allahındır, Onu bu adlarla çağırıb dua edin.... ."
" Əraf " surəsi, 180 - cı ayə.
İmam Sadiq (ə) buyurmuşdur: « Allah - Təalanın 100 - dən bir əskik ( Yəni 99 ) adı vardır, hər kim onun bu adlarına iman gətirərək saysa behiştə düşər »

_________________________________________________________________________________________

1. ALLAH — Bütün gözəl sifətləri özündə ehtiva edən
2. ƏL - VAHID — Yeganə
3. ƏL - ƏHƏD — Bənzərsiz
4. ƏS - SAMƏD — Ehtiyacsız
5. ƏL - AXİR — Hər şeydən sonra mövcud olacaq
6. ƏS - SƏMİ — Hər şeyi eşidən
7. ƏL - BƏSİR — Hər şeyi görən ( haqqı - nahaqqı )
8. ƏL - QƏDİR — Hər şeyə qüdrəti çatan
9. ƏL - ƏVVƏL — Hər şeydən əvvəl mövcud olmuş
10. ƏL - QAHİR — Zalımları qəhr edən
11. ƏL - ƏLİYY — Yüksək, uca
12. ƏL - Ə'LA — Ən yüksək, ən uca
13. ƏL - BAQİ — Əbədi, daimi, qaları
14. ƏL - BƏDİ — Həmişə ixtira edən
15. ƏL - BARİ — Yaradıcı
16. ƏL - ƏKRƏM — Ən kəramətli
17. ƏZ - ZAHİR — Aşkarda olan ( Yaxud aşkardakıları bilən )
18. ƏL - BATİN — Gizlində olan ( Yaxud gizlindəkiləri bilən )
19. ƏL - HƏYY — Diri
20. ƏL - HƏKİM — Çox hikmətli
21. ƏL - ƏLİM — Hər şeyi bilən, çox elmli
22. ƏL - HƏLİM — Çox mülayim
23. ƏL - HƏFİZ — Ən yaxşı qoruyucu, mühafizəçi
24. ƏL - HƏQQ — Həqiqət
25. ƏL - HƏSİB — Hər şeyi hesaba alan
26. ƏL - HƏMİD — Həmd edilən ( Yaxud həmdə layiq )
27. ƏL - HƏFİYY — Öz yaratdıqlarını çox sevən
28. ƏN - NUR — Nur
29. ƏR - RƏBB — Bəsləyən, pərvəriş edən
30. ƏR - RAHMƏN — Çox mərhəmətli
31. ƏR - RƏHİM — Həmişə mərhəmətli
32. ƏR - RƏUF — Mehriban, şəfqətli
33. ƏR - RAİ — Hər şeyi görən
34. ƏR - RƏQİB — Nəzarətçi, keşikçi
35. ƏZ - ZARİ — Yaradan ( Yaxud bəndələrinin aqibətini müəyyən edən )
36. ƏS - SƏLAM — Hər təhlükədən salamatlığa çıxaran, əmin-amanlıq və salamatlıq verən
37. ƏR - RƏZZAQ ( ƏR - RƏZİQ ) — Ruzi verən
38. ƏL - MÖMİN — İman bəxş edən ( Yaxud iman bəslənilən )
39. ƏL - MÜHƏYMİN — Himayə edən
40. ƏL - ƏZİZ — Çox izzətli
41. ƏL - CƏBBAR — Zalımlara əziyyət verən
42. ƏL - MÜTƏKƏBBİR — məqamı uca tutulan, böyüdülən
43. ƏS - SƏYYİD — Ağa, başçı
45. ƏŞ - ŞƏHİD — Hər şeyə şahid olan və nəzarətçi olan
46. ƏS - SADİQ — Sədaqətli, doğrucul
47. ƏT - TAHİR — Pak, saf
48. ƏL - ĞƏNİYY — Ehtiyacsız, varlı
49. ƏL - ĞİYAS — Köməkçi
50. ƏL - FATİR — Yaradan, vucuda gətirən
51. ƏL - FƏRD — Tək, yeganə
52. ƏL - FƏTTAH — Çətinlikləri həll edən
53. ƏL - FALİQ — Dan yerini yaran, parçalayan
54. ƏL - QƏDİM — Əzəli, olmadığı zaman təsəvvürə gəlməyən
55. ƏL - MƏLİK — Mülk sahibi
56. ƏL - QÜDDUS — Müqəddəs
57. ƏL - QƏVİYY — Çox qüvvətli
58. ƏL - QƏRİB — Çox yaxın
59. ƏL - QƏYYUM — Dayanıqlı, sarsılmaz, sabit
60. ƏL - QABİZ — Sıxan, canları alan
61. ƏL - BASİT — Açıb sərən və ya səxavətli
62. QAZİYUL - HACAT — Hökm verən, ehtiyacları həll edən
63. ƏŞ - ŞAFİ — Şəfa verən, sağaldan
64. ƏL - MƏCİD — Şan-şöhrətli, əzəmətli, ulu
65. ƏL - VƏLİYY ( ƏL- MÖVLA ) — Dost ( Ağa, sərvər )
66. ƏL - LƏTİF — Lütf edən
67. ƏL - MƏNNAN — Bəndələrinə çox ehsan edən
68. ƏL - MÜHİT — Hər şeyi əhatə edən
69. ƏL - MÜBİN — Hər şeyi bəyan edib aşkarlayan
70. ƏL - MÜQİT ( ƏL - MÜĞİS ) — Ruzi verən ( Dada yetişən, yardımçı )
71. ƏL - MUSƏVVİR — Hər şeyi formaya salan
72. ƏL - KƏRİM — Çox kəramətli
73. ƏL - KƏBİR — Çox böyük
74. ƏL - KAFİ — Kifayət edən, hər şeyə bəs edən
75. KAŞİFÜZ - ZÜRR — Zərərin üstünü açıb ifşa edən
76. ƏL - VİTR — Tək - tənha
77. ƏL - ƏZİM — Əzəmətli
78. ƏL - VƏHHAB — Nemət bağışlayan
79. ƏN - NASİR — Köməkçi, yardımçı
80. ƏL - VASE — Çox əhatəli, geniş
81. ƏL - VƏDUD — Bəndələrini çox sevən
82. ƏL - HADİ — Hidayət edən, doğru yol göstərən
83. ƏL - VƏFİYY — Vəfalı, sadiq
84. ƏL - VEKİL — Himayəçi
85. ƏL - VARİS — Qiyamətdə hər şey məhv olduqdan sonra tək qalacaq vücud
86. ƏL - BİRR — Yaxşı sifətlərin sahibi
87. ƏL - BAİS — Qiyamətdə ölüləri dirildəcək zat
88. ƏT - TƏVVAB — Tövbələri qəbul edən
89. ƏL - CƏLİL — Cəlallı
90. ƏL - CAVAD — Səxavətli
91. ƏL - XƏBİR — Hər şeydən xəbərdar olan
92. ƏL - XALİQ — Xəlq edən, yaradan
93. XEYRUN - NASİRİN — Ən yaxşı yardımçı
94. ƏD - DƏYYAN — Hesabat gününün sahibi, hakim
95. ƏŞ - ŞƏKÜR — Şükr edilən ( Yaxud şükrə layiq )
96. ƏS - SANE — Yaradıcı
97. ƏL - ƏDL — Ədalətli ( Yaxud ədalətin özü )
98. ƏL - ƏFÜVV — Əfv edən, bağışlayan
99. ƏL - ĞƏFUR — Günahları bağışlayan
TAĞ