13 iyul 2016 cı ildə fəaliyyətə başlayıb. Məqsədimiz İslam dininin təməlində olan
sülh, sevgi və tolerantlıq mesajını bəşəriyyətə çatdırmaqdır. Bu baxımdan biz
İslamı başa düşmək və yaşamaq istəyən hər kəsi əhatə etməyə, bilik və idrakı
artırmağa çalışırıq.
Kanalımız
İslam dininin təbliği ilə yanaşı,
İslama zidd olan bütün ideologiyalara qarşı mübarizə aparır. Mediamız
tolerantlığa, ədalətə və insan haqlarına əsaslanan mövqe tutur. Biz media qurumu olaraq ictimaiyyəti
məlumatlandırırıq, qərəzləri qırırıq və sülh şəraitində birlikdə yaşamağın
vacibliyini vurğulayırıq.
Kanalımız izləyicilərə
xüsusi proqramlar
və müzakirələrlə zənginləşdirilmiş məzmunlar təqdim edir. İzləyicilərin bilik səviyyəsini yüksəltməyi hədəfləyirik. Bundan
əlavə, müxtəlif məsələləri müzakirə etməklə cəmiyyətdə fikir formalaşdırıb cəmiyyəti maarifləndirmək
istəyirik.
İslam dəyərlərini müdafiə etməklə yanaşı, hər kəsi əhatə edən
bir yanaşma ilə irəliləməyə davam edəcəyik.